• 07.03.2012Şirkətin təsis tarixi.
    “Az-translation servis” MMC təsis olunub.
  • 24.04.2012Rəsmi qeydiyyat tarixi.
    Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir.

Müəssisənin mülkiyyət növü- xüsusi mülkiyyət, təşkilati-hüquqi forması-məhdud məsuliyyətli cəmiyyətdir. Müəssisə hüquqi şəxs olub, müstəqil balansa, hesablaşma, valyuta və digər hesablara, habelə üzərində adı yazılmış möhürə və künc ştampına malikdir və öz tanınma nişanəsi vardır.

Çoxillik təcrübəmizdən istifadə edərək sifarişçilərimizə keyfiyyətli tərcümə xidməti həyata keçiririk. Biz gözümüzü XXI əsrə açaraq müvafiq qiymətlərlə, yüksək keyfiyyətli, peşəkar xidmət göstəririk. Bizim fəaliyyətimizə çoxmilli korporasiyalara, xarici və yerli müəssisələrə, kiçik müəssisələrə, eləcə də fərdi sifarişçilərə bütün növ tərcümə xidmətləri daxildir. Müəssisə dünyanın əsas işlək dillərindən yazılı, şifahi və sinxron tərcümə xidmətləri göstərir. Müəssisədə ingilis, alman, rus, fransız, ispan, italyan, yapon, ərəb, fars, türk, gürcü, ivrit, koreya, ukrayn, macar, bolqar, polyak, hind,  latış, moldovan, çin, yapon və digər dillər üzrə yüksək səviyyəli mütəxəssislər çalışır.

“Az-Translation Servis” MMC-də 35-dən yuxarı işçi heyəti çalışır. Bu işçi heyətinə 30-a yaxın dillər üzrə ştatda və ya müqavilə ilə çalışan tərcüməçilər, konkret ixtisasa malik olan, ana dilini və xarici dili mükəmməl bilən redaktorlar, korrektorlar, kompüter mütəxəssisləri, ofis menecer, əməliyyat meneceri, layıhə rəhbəri, təhcizat meneceri və s. aiddir.

Bizim üstünlüklərimiz:
  • Biz yalnız artan təcrübəyə malik və hər biri tərcümənin müəyyən sahəsi üzrə ixtisaslaşmış peşəkar tərcüməçilərlə (linqvistika üzrə dərəcə ilə təsdiq edilmiş mütəxəssislər) çalışırıq
  • Biz bütün tərcümə edilmiş materialları göndərməzdən əvvəl dəqiq korrektə və redaktə edirik. Ehtiyac olduqda xüsusi məsləhətçilər tərcümə prosesində iştirak edirlər.
  • Biz gün ərzində 12 saat işləyirik. Sizin sifarişlər hər an qəbul edilə bilər.
  • Bizim tərcüməçilərimiz hər zaman peşəkarcasına sənədlərin çapı və formatı ilə məşqul olur. Biz yüksək səviyyəli operatorlarla və dizayn mütəxəssisləri ilə işləyirik. Orijinal tərtibat üçün istifadə edilmiş tətbiqi proqram təminatı tələb edilərsə, siz orijinala uyğun formatın tam dəqiq tərcüməsini əldə edərsiniz.
  • Heç bir gizli ödəmə mövcud deyil. Bu normalar yekundur. Biz tərcümənin kompüterdə yığılması və formatı, məlumat daşıyıcıları (disk) və ya çap xərclərini üzərimizə götürürük.
Biznes Sahə
30-dan çox dildə peşəkar tərcümə xidmətləri ilə Tərcümə Mərkəzi Sizin müxtəlif mədəniyyətlərə aid bütün ünsiyyət ehtiyaclarınızı təmin edə bilər. Bizim tərcüməçilərimiz nəinki əsas dillər üzrə peşəkardırlar, onlar həmçinin biznes, tibb, hüquq, elmi və ya texnoloji biliklərə malikdirlər.
Məsələn:
  • Tibbi: Xüsusi xəstəlik və sağlamlıqla bağlı məlumat broşurlarının aydın və düzgün yazılı tərcümələri.
  • Hüquq: İzahlı yazılı göstərişlər; tərcümə olunmuş müştəri təlimatları və reklam materialları, doğum və nigah şəhadətnamələrinin, şəxsiyyət vəsiqələrinin, arayışların yüksək dərəcədə tərcümə olunması və təsdiqi.
  • Maliyyə: Broşurlar və reklam materialları, Veb Sayt,elan surəti, nitq məlumatının ötürülməsi, PSA/Elan surəti, təlim sənədləşməsi və işçi gündəliklərinin tərcüməsi
  • Protokol: Proqramlar, yığıncaq qeydləri, marşrut üzrə gündəlik və digər yazılı əlaqələrlə bağlı tərcümə xidmətləri.

Biz aşağıda göstərilən müxtəlif sənədlərin tərcüməsi üzrə sifarişləri yerinə yetiririk.

   
Bank sənədləşmələri və müqavilələri Diplomlar
İqdisadiyyat və ticarət Vəsiqələr
Maliyyə hesabatları Sertifikatlar
Tibbi sənədlər Şəhadətnamələr
Hüquqi müqavilə və sazişlər Arayışlar
Auditor sənədləri Energetika
İmmiqrasiya sənədləri İnşaat
Reklam (promoşn) materialları Moda
Vergi hesabatları Avtomobil
Kənd təsərrüfatı Geologiya
Neft və qaz Telekommunikasiya
Kimya sənayəsi Məlumat kitabçaları
Maşınqayırma Kompüter və təlimat sənədləri
Metallurgiya Bədii tərcümə

Ofisə gəlmədən, online sifariş verərək vaxtınıza qənaet edin.

Sifariş